Vəsiyyət etmişəm ki, öləndə cəsədimi yandırsınlar

12.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aparıcı-aktyor Sərxan Kərəmoğlu vəsiyyətini açıqlayıb.

Axşam.az xəbər verir ki, o, bu haqda “Sevilən səhər” proqramında danışıb. Sənətçi xaricdə vəfat edəcəyi təqdirdə cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini, kremasiya olunmasını arzuladığını bildirib:

“Vəsiyyətim var. Övladlarım xaricdə yaşayır. Xaricə tez-tez gedib-gəlirəm. Dünyanın hər bir yerində rəhmətə gedə bilərəm. Mənim cənazəmi Azərbaycana gətirən kafirdir. Azərbaycana cənazəm gəlməməlidir. Əgər Rusiyada və ya başqa yerdə dünyamı dəyişsəm, cəsədimi yandırsınlar. Azərbaycanda kremasiya yoxdur. Arzum budur ki, haradasa vəfat edim və cəsədim kremasiya edilsin. Cürümək istəmirəm”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью