Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Mərhum türk aktyor Kadir İnanırın müxtəlif tarixlərdə hazırladığı üç ayrı vəsiyyətnaməsinin açılacağı tarix bəlli olub.
OLAY yazır ki, indiyədək ictimaiyyətlə paylaşılmayan üç vəsiyyətnamənin sentyabrın 17-si, cümə axşamı günü saat 10:40-da Beykoz Ədliyyəsində açılacağı məlum olub.
Vəsiyyətnamələrin açılması ilə birlikdə İnanırın əmlakının kimlərə və hansı formada miras qalmasını istədiyinə dair detalların da üzə çıxması gözlənilir.