Icma.az, Apasport saytına istinadən bildirir.
İngiltərənin “Vest Hem” klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən azad edilib. Onun köməkçiləri Rui Pedro Silva və Rui Barbosa da klubdan ayrılıblar.
“Vest Hem” İngiltərə Çempionşipində 13 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda son iki qarşılaşmada “Sauthempton” və “Vest Bromviç”ə məğlub olub.
Klub yeni baş məşqçi axtarışlarına başladığını açıqlayıb. Hələlik komandanın hazırlığına Mark Nobl, Stiv Potts və Cerard Prendervill rəhbərlik edəcəklər.
Qeyd edək ki, 52 yaşlı Nunu Eşpiritu Santu 2025-ci ilin sentyabrından “Vest Hem”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən mövsüm Premyer Liqanı tərk edib.
“Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA A Seriyası klubunda yeni təyinat - RƏSMİ Ronaldonun oğlu milliyə çağırıldı - İlk dəfə Mahir Emrelidən məhsuldar ötürmə – “Rakuv”dan əzmkar qələbə İtaliya klubunda ayrılıq