Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Vest Hem” baş məşqçisini qovdu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Vest Hem”in baş məşqçisi Nunu Eşpiritu Santu vəzifəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
London təmsilçisi mövsümün başlanğıcını təhlil etdikdən sonra dəyişiklik etmək qərarına gəlib. Uğurzuz nəticələrdən sonra baş məşqçi ilə yanaşı onun köməkçisi Rui Pedru Silva və qapıçılar üzrə məşqçi Rui Barboza da istefaya göndəriliblər.
Klub yeni baş məşqçinin axtarışına başlayıb. Hələlik komandanı Mark Noul, Stiv Potts və Cerard Prendervill çalışdıracaqlar.
Qeyd edək ki, “Vest Hem” İngiltərənin ikinci liqasında 13 turdan sonra 8-ci pillədə qərarlaşıb.