Vest Hem Çempionşipdə transfer rekordunu yenilədi

16.08.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vest Hem" yarımmüdafiəçi Arne Engelsin transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Seltik"dən ayrılaraq İngiltərəyə üz tutan futbolçu yeni komandası ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

"Transfermarkt" portalının məlumatına görə, müqavilənin dəyəri təxminən 26 milyon avro olub ki, bu da Çempionşip üçün rekord göstəricidir.

Qeyd edək ki, Enqels 2025/26 mövsümündə meydana çıxdığı 46 matçda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью