Vest Hem in futbolçusu Milan a keçməyə çox yaxındır

17.12.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Milan" və "Vest Hem" Niklas Füllkruqun transferi ilə bağlı razılığa yaxınlaşır.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hücumçunun icarə əsasında keçidi ilə bağlı klublar arasında danışıqlar başa çatmaq üzrədir.

Tərəflər müqaviləyə futbolçunun 13–15 milyon avro qarşılığında satınalma bəndinin daxil edilməsini müzakirə edirlər. İngilislər bu bəndin dərhal məcburi olmasını və ya müəyyən şərtlər yerinə yetirildikdə məcburi qüvvəyə minməsini istəyirlər.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 32 yaşlı alman futbolçu 8 oyunda iştirak edib və hələ ki, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью