Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Vest Hem” “Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Cessi Linqardla müqavilə imzalamaqdan imtina edib.
İdman.Biz bu barədə talkSPORT-a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bir neçə Premyer Liqa komandası yarımmüdafiəçi ilə potensial müqaviləni rədd edib və “Vest Hem” Adama Traoreni transfer etməyi seçib. Bildirilir ki, oyunçu bir neçə liqada transfer pəncərəsi hələ də açıq olduğundan Avropadan kənar variantları nəzərdən keçirir.
Linqard hazırda sərbəst agentdir; onun son klubu 2024-cü ildən 2025-ci ilə qədər oynadığı “Seul” olub, 67 matçda meydana çıxıb, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.