Vest Hem Tottenhem in qapıçısını rənglərinə bağlayır

29.01.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

London təmsilçisi "Vest Hem Yunayted" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az məşhur insayder Matt Morettoya istinadən xəbər verir ki, "çəkicdöyənlər" "Tottenhem"in gənc qolkiperi Antonin Kinskinin transferi ilə bağlı razılıq əldə ediblər.

Transferin detallarına əsasən, bu keçid icarə əsasında baş tutacaq. Razılaşmada mövsümün sonunda futbolçunu daimi olaraq transfer etmək üçün məcburi olmayan satınalma opsiyası da yer alıb.

"Vest Hem" bu gedişlə həm qapı xəttində rəqabəti artırmağı, həm də gələcək vəd edən gənc əlcək sahibini sınaqdan keçirməyi planlaşdırır.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью