Vest Hemin baş məşqçisi qovuldu RƏSMİ | Icma.az
Icma.az bildirir, Fanat saytına əsaslanaraq. İngiltərənin elita klublarından olan “Vest Hem” baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib
Fanat.Az xəbər verir ki, məlumatı "çəkicdöyənlər"in mətbuat xidməti yayıb.
58 yaşlı mütəxəssis qeyri-qənaətbəxş nəticələr səbəbindən yola salınıb.
İspanyalı çalışdırıcı ilə yanaşı, onun dörd köməkçisi də London klubundan ayrılıb.
Qeyd edək ki, 20 oyuna 23 xala toplayan “Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü sırada qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu