“Vest Hem”in futbolçusu qəzaya düşüb

08.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Vest Hem”in hücumçusu Maykl Antonio yol qəzasına düşüb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilməyib.

Jurnalist Eduardo Burqos futbolçunun idarə etdiyi avtomobilin ciddi zədələndiyini bildirib. Hücumçu helikopterlə xəstəxanaya aparılıb.

Daha sonra klub Antonionun vəziyyətinin stabil olduğunu bildirib. Oyunçu şüurludur, ünsiyyət qurur və hazırda London xəstəxanasında həkimlərin yaxından müşahidəsi altındadır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью