sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Vest Hem"in hücumçusu Maykl Antonio ağır qəza keçirib.
Sport24.az xəbər verir ki, hadisə dünən Esseks bölgəsində baş verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yamaykalı hücumçu dərhal helikopterlə xəstəxanaya çatdırılıb.
34 yaşlı futbolçu hazırda Londonda yerləşən klinikalardan birinin reanimasiya şöbəsindədir.
Təcrübəli forvardın durumunun ağır olduğu bildirilir. Qeyd edək ki, Maykl Antonio 2015-ci ilin sentyabr ayından "Vest Hem"də çıxış edir.
Yamayka millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.