Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Ermənistanın Azərbaycan torpaqlarına işğalçı müharibəsi dövründə ən faciəli, tarixdə analo
Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı soyqırımından sonra Azərbaycanın hər tərəfindən yüzlərlə insan könüllü olaraq Qarabağa gəlib Vətəni düşmənlərdən xilas etmək üçün silaha sarıldı.
Belə qəhrəmanlardan biri də Mingəçevir şəhərində "Kosmos" kinotetrında kinomexanik işləyəm Natiq Qasımov idi.
Öz adını tarixə beş gün təkbaşına düşmənlə savaşıb, onlara ağır zərbələr vuraraq yazan Natiq sonradan dinc insanların həyatını xilas etmək üçün təslim olsa da, Azərbaycanın üç rəngli bayrağını əlindən yerə qoymayaraq qəhrəmancasına başı dik, ürəyində Vətən sevgisi ilə şəhid olub.
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev və təşkilatın üzvləri Xocalı soyqırımının 33-cü ildönümündə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Natiq Qasımovun Gəncədə yaşayan anası Dursun Qasımovanı, qardaşı Nofəl Qasımovu və ailə üzvlərini ziyarət edib.
Görüş zamanı "Vətən Bağı" adından ailəyə Milli Qəhrəmanın saplarla toxunmuş portretini hədiyyə təqdim edilib.
Natiq Qasımovun uşaqlığı, gəncliyi, müharibəyə getməsi, döyüş xatirələri, şəhid olması və digər mövzularda ailənin xatirələrini dinləyən İB üzvləri onun fotoları ilə tanış olub.