Vətən borcunu canı ilə ödəyən igid

30.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın qəhrəman oğullarının misilsiz şücaəti, sarsılmaz iradəsi və fədakarlığı sayəsində mümkün olmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igidlərimizdən biri də İbrahim Etibar oğlu İbrahimovdur. O, Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirərək adını Azərbaycanın əbədi qəhrəmanlıq tarixilərinə həkk etmişdir. İbrahim Etibar oğlu İbrahimov 18 fevral 1992-ci ildə Naxçıvan şəhərində doğulub. İlk təhsilinə 1998-ci ildə Naxçıvan şəhəri 15 saylı tam orta məktəbdə başlayan İbrahim 2009-cu ildə orta məktəbi bitirib, həqiqi hərbi xidmətə yollanıb.

2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim Etibar oğlu 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. 18 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXE HQ - əsgəri, XTQ-nin kəşfiyyatçısı kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib. 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci ildə Naxçıvan şəhər məzarlığında dəfn edilib.

Düşmənin mövqelərinin darmadağın edilməsi və strateji yüksəkliklərin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə mərdliklə vuruşmuşdur. O, çətin döyüş şəraitində soyuqqanlılığı və fədakarlığı ilə silahdaşlarına nümunə olmuşdur.

Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə heroik şəkildə vuruşaraq şəhadət zirvəsinə ucalmışdır. Onun şərəfli ömür yolu xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью