Vətən müharibəsi iştirakçısı vəfat etdi

08.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.

O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.

Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.

Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью