Vətən müharibəsi iştirakçısının evi yandı

28.07.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samuxda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü E.Yediyarova məxsus olan yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, ev əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, E.Yediyarov Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью