Vətən müharibəsi qazisi əməlyyatdan sonra VƏFAT ETDİ

20.07.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevirli Vətən müharibəsi qazisi vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, gizir qazi Cəlilov İlqar Radik oğlu əməliyyatdan sonra dünyasını dəyişib. 

Öncə Mingəçevirdə özəl tibb müəssisəsində ürək damar (anju olunması müəyyən olunub) tutulmaları səbəbindən müayinə və müalicə keçən İlqar Cəlilov daha sonra Bakıdakı klinikalardan birinə köçürülüb. Əməliyyatdan qısa müddət sonra Vətən müharibəsi qazisi dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью