Vətən müharibəsi qazisi faciəli şəkildə HƏLAK OLDU | Icma.az
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.
Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir. Qazi doğulduğu Gəncə şəhərində son mənzilə yola salınıb.
Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu