Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi

16.10.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Daxili Qoşunların “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) sabiq komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

Avtosfer.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Zəfər Yusibov Daxili Qoşunların İnspeksiya İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” hərbi rütbəsi alıb. Vətən müharibəsi zamanı Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью