Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, 47 yaşlı T.Hüseynov komandan Kənan Seyidovun müavini postuna təyinat alıb.
Qeyd edək ki, Kənan Seyidovun birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur.