Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

04.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Vətən müharibəsi şəhidi Babək Həsənovun şəhidlik zirvəsinə ucalmasının altıncı ildönümü tamam olur.

Babək Saleh oğlu Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1996-cı ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılan Babək Həsənov 2009-cu ildə hərbi xidmətdən tərxis olunub. 2013–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

2020-ci il oktyabrın 26-da qismən səfərbərlik çərçivəsində yenidən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib.

Babək Həsənov 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 5-də doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib. Ailəli olan şəhidimizin Əfsanə adlı bir qız övladı yadigar qalıb.

Göstərdiyi igidliyə görə Babək Həsənov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə 2026-cı il iyunun 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Müxbir -Ruslan Novruzoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью