Vətən müharibəsi şəhidinin atası vəfat etdi

21.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Vətən müharibəsi şəhidi XTQ-in giziri Siyahim Dəmirovun atası vəfat edib.

Bakupost.az xəbər verir ki, şəhidin atası Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib.

Uzun sürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı "Cərciz Peyğəmbər" ziyarətgahında torpağa tapşırılıb.

Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin 29 oktyabrında Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. "Cərciz Peyğəmbər" ziyarətgahında dəfn olunub. Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, ” Azərbaycan Ordusunun 100 illiyi” yubileyi ilə medalları təltif edilib.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью