Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhər İcra Hakimiyyətinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Millət vəkillərinin, elm, mədəniyyət və din xadimlərinin, rayon Ağsaqqallar Şurasının üzvlərinin, şəhid ailələrinin, Vətən Müharıbəsi qazilərinin və rayon gənclərinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etno “Vətən müharibəsi tarixi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzüldükdən sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olub.
Ulu öndər Heydər Əliyevin və torpaqlaramızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video filmə tamaşa edib.
Təqdimat mərasimini giriş sözü ilə açan Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam döğruldub.
Natiq qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.