Vətən müharibəsində dağılan binada DOST un filialı açıldı Fotolar

23.01.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 22-də Tərtərdə DOST filialının binası istifadəyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, həmin bina Vətən müharibəsi zamanı Ermənistan Ordusunun Tərtərə atdığı top mərmiləri ilə rayonda dağıdılan inzibati binalardan biri olub.

Bina əsaslı təmir və yenidənqurma işləri aparılaraq modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 

Bu gün artıq yeni, müasir DOST görkəmi ilə Tərtər şəhərinin gözəl memarlıq nümunələrindən biridir.










Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью