Vətən müharibəsindəki zəfərin dəyişdiyi geosiyasi reallıqlar İqor Korotçenko ilə MÜSAHİBƏ …
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir. 8 noyabr təkcə qürur və fəxarət günümüz deyil.
Zəfər Günü həm də Azərbaycanın yenidən və daha güclü şəkildə doğulduğu gündür.
Bunu hər kəs, hətta beynəlxalq ekspertlər də etiraf edir.Mövzu ilə bağlı Bizim.Media-ya müsahibə verən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko da 44 günlük müharibədə qazanılan Zərfərin regionda yeni geosiyasi reallıqlar yaratdığını qeyd edib.Həmin müsahibəni təqdim edirik:- İqor Yuriyeviç, Azərbaycan xalqı növbəti dəfə Zəfər Gününü qeyd edir.
Bu günün beynəlxalq aspektdən əhəmiyyətini necə qiymətləndirirsiniz?- Bu bir faktdır ki, Zəfər Günü müasir Azərbaycan tarixinin ən şərəfli və qürurlu günüdür.
Bu ilk növbədə İkinci Qarabağ müharibəsinin təntənəli yekunudur. Hansı ki, bu 44 günlük müharibə adı ilə tarixə düşdü.
Bu savaş öz müddətinə, hərbi nəticələrinə görə mübaliğəsiz dünyanın ən sürətli və uğurlu döyüş əməliyyatı idi.
Bu müharibəni analiz etdikcə Azərbaycan Silahlı Qüvvələrinin döyüş bacarığı və hərbi vəzifəni çox qısa zamanda uğurla yerinə yetirməsi qibtə doğurur.
Halbuki, uğurlu döyüş əməliyyatı aparmaq üçün Azərbaycan ordusu üçün şərtlər və reallıqlar o qədər də yaxşı deyildi.
Tam oxu
Xəbəri oxu