Vətən müharibəsinin 4 cü günü: Düşmən ağır itkilər verdi

30.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Modern.az Vətən müharibəsinin sentyabrın 30-na olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər;

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib;

- Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib;

- Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb;

- Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb;

- Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirib;

- Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığını açıqlayıb;

- Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçıb;

- Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntüləri yayılıb;

- Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib;

- Tonaşendə düşmənin iki tankı məhv edilib;

- Baş Prokurorluq erməni təxribatı nəticəsində 14 mülki şəxsin öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlayıb;

- Azərbaycan Ordusu düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub;

- Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib, düşmən xeyli itki verib;

- Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib;

- Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib;

- Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub;

- Baş Prokurorluq ermənilərin Horadizə top mərmisi atdığını, 1 mülki şəxsin həlak olduğunu, 3 nəfərin isə yaralandığını açıqlayıb;

- Düşmənin axşam saatlarına qədər döyüş texnikasının məhv edilməsinin görüntüləri yayılıb;

- Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib;

- Düşmənə məxsus 8 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib;

- Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağıldı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью