Vətən müharibəsinin 43cü günü: Qarabağın baş tacı Şuşa azad edilir | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2020-ci il noyabrın səkkizi, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü.
Oxu.Az xatırladır ki, noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutur.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.
Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur.
Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.
Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür.
Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olur, mülki infrastruktura ziyan dəyir.
Tam oxu
Xəbəri oxu