Vətən qurbanı yad edilib

12.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 günlük haqq savaşmızda son damla qanına qədər döyüşüb adını qəhrəmanlıq tariximizə yazan qeyrətli Vətən övladlarından biri də Şahmar Nazim oğlu Səfərovdur. Şərəfli ölümü ilə milyonların ürəyində özünə yer edən şəhidin ad günü ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Hərbi Memorial Məzarlıqda şəhidin uyuduğu müqəddəs məkanı ziyarət edib, ehtiram əlaməti olaraq məzarı önünə tər güllər düzüblər.

Bidirilib ki, dövlətimiz qəhrəman Vətən övladlarının ailələrinə daim qayğı göstərir, şəhidlərimizin xatirəsi əziz tutulur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью