Vətən şəhidləri ürəklərdə yaşayırlar FOTOLAR

07.11.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəhidlərin qanı bahasına qazanılan, Azərbaycanın və dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Balaş İltizam oğlu Fərziyevin anım mərasimi münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovun, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədovun, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikovun, şəhidin ailə üzvləri və kənd sakinlərinin iştirak etdikləri ziyarət zamanı
şəhidin məzarı önünə gül dəstələri düzərək onun əziz xatirəsi dərin ehtiramla anılıb.
Həmçinin çıxışlar zamanı Balaş Fərziyevin Vətən uğrunda göstərdiyi fədakarlıqdan, qəhrəmanlığından və şərəfli döyüş yolundan danışılıb. Bildirilib ki, şəhidlərimizin həyat yolu, Vətənə bağlılığı və göstərdikləri misilsiz qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Bəli, milyonların ürəyində şərəfli ölümü ilə özünə əbədi məkan quran igid Vətən oğlu cismən aramızda olmasa da, hər an ehtiramla xatırlanır və adı qürurla çəkilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью