Vətəndaş ambulansın çağırışa gəlmədiyini deyir Rəsmi açıqlama/Video | Icma.az
Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabirabadda vətəndaş təcili tibbi yardıma müraciət etdiyini, lakin bütün ambulansların çağırışda olması səbəbindən xidmətdən yararlana bilmədiyini iddia edib.
Həmin vətəndaş video çəkərək Sabirabad rayonu üzrə təcili tibbi yardım stansiyasında ambulansların yerində olduğundan narazılığını bildirib.
"Videgörüntünü qeydə alan şəxs təcili tibbi yardıma müraciət edib, elə həmin anda da çağırışdan imtina edib.
Daha sonra isə stansiyanın həyətinə daxil olaraq çəkiliş aparmağa başlayıb".
Məsələ ilə bağlı TƏBİB-dən Anews.az-a bildirilib ki, videgörüntünü qeydə alan şəxs təcili tibbi yardıma "xəstəmiz var” səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib.
"Videgörüntünü qeydə alan şəxs 20.01.2025-ci il tarixində saat 19:41-də təcili tibbi yardıma "xəstəmiz var” səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib.
Daha sonra isə stansiyanın həyətinə daxil olaraq çəkiliş aparmağa başlayıb".
Tam oxu
Xəbəri oxu