Icma.az bildirir, Qafqazinfo portalına istinadən. “Lerik rayonunda 17 kənd dövlət meşə fondu torpaqlarında yerləşir.
Bu torpaqların ümumi sahəsi 477 ha təşkil edir. Keçən əsrin 90-cı illərində bu torpaqlar Dövlət Meşə Fonduna daxil edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bu ərazilərdə uzun illərdir ki, əhali məskunlaşıb, yaşayış evləri tikilib, meşə ilə ötrülü olmayan sahələrdə əkin işləri aparılıb.
Bir əsrdən çoxdur ki, həmin torpaqlar əhali tərəfindən əkin, biçənək və örüş sahəsi kimi istifadə olunur.
İndi həmin kəndlərdə yaşayan vətəndaşlar özlərinə yeni ev tikə bilmirlər.
Eyni zamanda, 50-60 il əvvəl tikdikləri evlərinə də çıxarış ala bilmirlər.
Təsəvvür edin, vətəndaş yüz il bundan əvvəl babası tərəfindən tikilmiş köhnə evi sökür, onun yerində yeni ev tikmək istəyir.