Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Şuşada keçirilən və iki gün davam edən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti fəalları üçün çox faydalı oldu”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşada keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və Xankəndində baş tutan “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” yüksək səviyyədə təşkil edilib: “Kifayət qədər peşəkar təlimçilər tərəfindən aparılan təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması ilə bağlı yeni məlumatlar öyrəndik.
Eyni zamanda, layihələrin icrası zamanı məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda yeni bilik və bacarıqlar əxz etdik.
Təlimlərdə müxtəlif yaş qruplarından olan vətəndaş cəmiyyəti fəalları iştirak edirdi”.
Həmsöhbətimiz bildirib ki, təlimçilərin bilik və bacarıqları çatdırmaq üçün tətbiq etdiyi metodlar çox maraqlı idi: “Auditoriyalarda olduqca əsl müzakirə mühiti yaradılmışdı.
Qruplara bölünmüş iştirakçılar müzakirələrdə iştirak edir, layihənin icrası zamanı yaranmış problemlərin həlli ilə bağlı maraqlı ideya və təşəbbüslərlə çıxış edirdilər.