Vətəndaş heç vaxt işləməyib, ya da qeyriformal işləyibsə, ona pensiya verilməyəcək Nazir

21.11.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona pensiya verilməyəcək" - Nazir

Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir.

Sonxeber.az verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona pensiya verilməyəcəkdi:

"Nəticədə 300 min pensiyaçı sosial sığorta ödənişləri olmadığından 110 manatdan çox pensiya almayacaqdı. Ancaq sosial sığorta amnistiyası tətbiq olundu. Bu da ən pöyük amnistiyalardan biridir və 2025-ci ilədək uzadılmışdı. 2026-cı ildən isə cəmi bir il sosial sığorta stajı olan şəxsə pensiya veriləcək, bir sözlə, 24 il ona hədiyyə ediləcək".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью