Vətəndaş maaş və pensiyasını istədiyi bankdan ala biləcək

24.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır.

Axar.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov dünən Mərkəzi Bankın sədri ilə 9 iqtisadçı-ekspert arasında keçirilən ənənəvi görüşlə bağlı deyib.

“Artıq məmurların maaşlarının və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaş və pensiyasını ala biləcək. Əslində, qanunla bu hüquq mövcuddur, lakin ona əməl olunmurdu. Bununla yanaşı, Mərkəzi Bank islam bankçılığı institutlarını da mərhələli şəkildə tətbiq etməyi planlaşdırır”, - ekspert bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью