Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.
Axar.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.