Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vətəndaş Nar operatorundan şikayətçidir.
Gununsesi.info xəbər verir ki, vətəndaşın sözlərinə görə, onun nömrəsində 5 gündür texniki problem yaranıb və bu səbəbdən heç bir yerə zəng edə bilmir.
Şikayətçi bildirib ki, problem aradan qaldırılmadığı halda Nar tərəfindən ona nömrənin birtərəfli bağlanacağı ilə bağlı SMS göndərilir:
“Artıq 5 gündür nömrəmdə yaranmış texniki problem həll olunmur. Heç bir yerə zəng edə bilmirəm, zənglər həyata keçmir. Buna baxmayaraq, Nar-dan mənə SMS göndərilir ki, guya kontur yükləməsəm, nömrəm birtərəfli bağlanacaq.
Əsas problemimi 5 gündür həll edə bilmirsiniz, amma nömrənin bağlanması ilə bağlı xəbərdarlıq göndərməyi unutmursunuz.
Xahiş edirəm, əvvəlcə mövcud texniki problem həll olunsun və müştərinin xidmətdən normal istifadə etməsi təmin edilsin”.
Firuzə