Gununsesi saytına istinadən Icma.az xəbər verir. “Media həqiqətən həm milli təəssübkeşliyin və həm də antimilli şərəfsizliyin barometridir.
Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir: Azərbaycan dövlətinə qarşı hazırlanmış layihələri icra etmək, insanların sosial narazılıq simptomları üzərindən dövlətə yönəlik etimadsızlıq aurası yaratmaq”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq O, bildirib ki, onların paylaşdığı məlumatlar üzərindən rəy yazanların xeyli hissəsi tipik bir erməni nifrəti ilə Azərbaycana və Azərbaycan adına görülən faydalı işlərə yanaşırlar: “Bu artıq sosial narazılıq kimi anlaşılmamalıdır, bu özündə vətəndaşılığımız daşıyan bir kəsimin yeni erməniçilik dalğası kimi araşdırılmalıdır.
Diqqət yetirin, məşhur futbolçu Ronaldinyo Azərbaycana gəlib, bunun müsbət tərəfləri ilə bağlı tərəfimizdən şərh verilib, bu gəlişin COP-29 zamanı ölkəmizin turizm potensialına fayda gətirəcəyini söyləmişik.
Həm Meydan TV, həm də Toplum TV bunu məqsədyönlü şəkildə müzakirəyə çıxarıb və təhqiramiz rəylərin yazılmasına imkan yaradıb.
Olsun, onsuz da mən illərdir həm Milli, həm də Anti-Milli Danabaşizmə qarşı açıq mübarizə aparıram və bunlara da həmin epizodlardan biri kimi yanaşıram.
Sadəcə bir gerçəyi aydınlaşdırmaq istəyirəm: Bir iş adamı yaxın dostluq etdiyi Ronaldinyonu öz vəsaiti hesabına (dövlət büdcəsindən yox ha!) Bakıya qonaq gətirir və mötəbər tədbir zamanı ölkəmizi reklam edir!