Icma.az, Moderator.az portalına istinadən məlumat verir. “Napoleonun məşhur kəlamı var ki, süngü ilə hakimiyyətə gəlmək olar, amma süngünün
Odur ki, dövlətdə ədalət olmalı, qanunlar işləməlidir...” “Əsəd rejiminin çökməsinə gətirən əsas amil və səbəblər Suriyada 53 il fəaliyyət g
Dövlət nə deməkdir? Dövlət ilk növbədə onun qanunlarının işləməsi deməkdir. Suriyada isə mövcud qanunlar da işləmirdi.
Yalnız zümrə- hakimiyyət-ailə mənafeyi işləyirdi. Qanunlar ictimai və sosial ədalətin təmin edilməsinə yönəlməlidir.
Vətəndaş bilməlidir ki, o, bir dövlətdə yaşayırsa, o dövlətin qanunları var və həmin qanunlar onun da mənafeyini nəzərə alır”.
Bu fikri Moderator.az-a açıqlamasında “Bəşər Əsədin yıxılmasında rejim daxilindəki hansı amil və səbəblər əsas rol oynadı” sualını cavablandırarkən politoloq Zərdüşt Əlizadə dilə gətirib.
“Əgər bir ölkədə yalnız hakim zümrənin mənafeyi nəzərə alınırsa, vətəndaşın hüquqları, təhlükəsizliyi və rufahı nəzərə alınmırsa, həmin ölkənin dövləti çox zəif olur.
Lap zahirən nə qədər güclü görünsə də, pulu da olsa, ordusu da, tankları, təyyarələri, raketləri də olsa, polisi, təhlükəsizlik qüvvələri, hakimləri də olsa, belə bir dövlətin içərisi boş və çürük olur.