Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək”.
AzPost bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli pensiya artımlarının konkret məbləğini şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddsinin tələblərinə görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə inflyasıyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.
Deputat qeyd edib ki, hazırda minimum məbləğdə, yəni 320 manat pensiya təminatı üçün minimum 46080 manat pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur: “Yəni, fərdi hesabında minimum 46080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq 63360 manata çatacaq”.
Ə.Məsimli qeyd edib ki, beləliklə bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq.
Paylaş