Vətəndaşlar birbaşa polis rəislərinə müraciət edəcəklər

29.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bundan sonra vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq, ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə biləcəklər.

Bu barədə Bizimyol.info xəbər portalına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb. Mobil tətbiqə daxil olaraq, “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib, vətəndaş qarşısına çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə, müraciətini tamamlayır”, - müraciət qaydası da izah edilib.

DİN-in Mətbuat Xidməti vurğulayıb ki, qəbula yazılan hər bir şəxsin müraciəti nazirlik tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.

Ayten Memmedova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью