Vətəndaşlar bu il dava dərmana 1 milyard 400 milyon manat xərcləyib

11.12.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,424 milyard manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

AzPost bildirir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью