Vətəndaşlar Gənclik Malldan təxliyə edilir SƏBƏB

19.08.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

Bakıvaxtı.az-ın  əldə etdiyi məlumata görə, belə ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb.

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.

Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью