Vətəndaşlar onu tanımırlar

16.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Public First" təşkilatının “Politico” üçün keçirdiyi ictimai rəy sorğusuna əsasən, Avropa İttifaqı ölkələrində vətəndaşların əhəmiyyətli hissəsi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, Fransada respondentlərin 20 faizindən çoxu Avropa Komissiyasının hazırkı prezidenti Ursula fon der Leyeni tanımadığını bildirib. Bu göstərici İspaniyada 10 faiz, Almaniyada isə 5 faiz təşkil edib.

Fon der Leyen Aİ vətəndaşları arasında yüksək səviyyədə rəğbət və etibar qazana bilməyib.

Sentyabrın 13-15-də Almaniya, İspaniya və Fransada keçirilən sorğuda hər ölkədən 2 mindən çox yetkin şəxs iştirak edib. Araşdırmanın nəticələri fon der Leyenin sentyabrın 16-da Strasburqda Aİ-nin vəziyyəti ilə bağlı illik çıxışından əvvəl açıqlanıb.

Sorğu iştirakçılarının böyük hissəsi onun çıxışını canlı izləməyi planlaşdırmadığını bildirib. Üç ölkə üzrə respondentlərin təxminən 10 faizi çıxışı diqqətlə izləyəcəyini, təxminən üçdə biri isə çıxışa baxsa belə, detallara xüsusi diqqət yetirməyəcəyini qeyd edib.

"Public First" təşkilatının ictimai rəy araşdırmaları üzrə rəhbəri Seb Reid bildirib ki, fon der Leyen Avropada bir sıra hakimiyyətlərin üzləşdiyi siyasi təsisatlara inamsızlığın oxşar forması ilə qarşılaşır.

Onun sözlərinə görə, Avropa Komissiyasının prezidenti Aİ-nin siyasətinin vətəndaşların, xüsusilə də artan yaşayış xərcləri ilə bağlı narahatlıqlarını nəzərə aldığına onları inandırmaq üçün ciddi səylər göstərməlidir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью