Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər Paşinyan AzPolitika onlayn siyasiictimai qəzet

03.12.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

“90-cı illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”, - o, Azərbaycan və Türkiyə ilə münasibətləri nəzərdə tutaraq bildirib.

Paşinyan həmçinin əlavə edib ki, “onun hökumətinin siyasəti sayəsində” “dövlətin qarşısında duran çağırışlar qismən həll olunur, lakin yeniləri meydana çıxır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью