Vətəndaşlar Ulu Öndərin xatirəsini anmaq üçün Fəxri xiyabana axın edir FOTO/VİDEO

12.12.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il ötür.
Bizim.Media xəbər verir ki,  hər il olduğu kimi Azərbaycan xalqı Fəxri xiyabana axın edərək Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri də var. 
Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyur, xatirəsi önündə ehtiramla baş əyirlər.
















Günay Şahmar, Pərviz Allahverdiyev, Sadiq Məmmədov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью