Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

06.08.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596.3 min manat məbləğində vəsait geri qaytarılıb".
Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью