Vətəndaşlara ŞAD XƏBƏR İstilik təminatının müddəti ARTIRILDI

15.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mövcud hava şəraiti nəzərə alınmaqla soyuq günlərdə "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək".

Oxu.Az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

O bildirib ki, istilik təminatı daha bir neçə gün davam edəcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandırmalı idi.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью