Vətəndaşlardan avtomat, tapança və tüfənglər götürüldü

10.12.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Sfera.az xəbər verir ki, dekabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 11 tüfəng, 4 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью