Vətəndaşlardan odlu silahlar götürüldü FOTO VİDEO

14.03.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə rayon sakinlərindən 1 ədəd tapança, 3 ov tüfəngi və patronlar aşkar edilərək götürülüb. 

Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində isə 1 avtomat və 21 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью