Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü

27.11.2024

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 7 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 5 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью