Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürüldü

20.05.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, mayın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng və 8 ədəd patron aşkar edərək götürüblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью